Sabahdan imtahan protokolları və materialları emal olunacaq

   Sabahdan imtahan protokolları və materialları emal olunacaq
  26 May 2024    Oxunub:797
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti