"Gender bərabərliyi: qadın və sosial problemlər" mövzusunda tədbir təşkil edib - FOTOLAR

"Gender bərabərliyi: qadın və sosial problemlər" mövzusunda tədbir təşkil edib    - FOTOLAR
  26 May 2024    Oxunub:1167
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Həmkarlar İttifaqı Komitəsi (MKS HİK) "Gender bərabərliyi və qadın problemləri üzrə komissiya"sı "Gender bərabərliyi: qadın və sosial problemlər" mövzusunda tədbir təşkil edib.
Dəyirmi masa formasında təşkil olunan tədbir Binəqədi rayon MKS HİK-nin sədri Şəfa Quliyevanın aparıcılığı ilə keçirilib.

Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı RK Mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri Əfsanə Gülməmmədova, "Azərbaycan Psixologiya Psixoterapiya Deportamenti"nin Ailə Deportamenti rəhbəri, "Harmoniya Psixologiya Mərkəzi"nin psixoloqu, ailə məsləhətçisi, 10 saylı Mediasiya Təşkilatının mediatoru Ülkər Məhərrəmova, "Zəhra Xatun Qadın İnkişaf Birliyi"nin rəhbəri, 17 saylı şəhər poliklinikasının həkimi Leyla Həsənova və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Həmkarlar İttifaqı Komitəsinin üzvləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Binəqədi rayon MKS HİK-nin "Gender bərabərliyi və qadın problemləri üzrə komissiya"nın sədri Dürdanə Talıbova gender məsələlərindən söz açaraq bir sıra mühüm fikirlər səsləndirib.

Bundan başqa, Ülkər Məhərrəmova "Ailə və cəmiyyət, ana və övlad" mövzusu ətrafından danışıb. Leyla Həsənova isə "Sağlam ailə - qanunvericilik üzrə müvafiq güzəşt və təzminatlar" mövzusunda çıxış edib. Əfsanə Gülməmmədova isə "Gender bərabərliyi və qadın problemləri üzrə statistik məlumatlar" mövzusuna toxunub. Mövzularla bağlı Binəqədi rayon MKS HİK üzvlərinin sualları cavablandırılıb.

Qeyd edilib ki, tədbirin keçirilməsində əsas məqsəd qadın və kişilərin hüquq bərabərliyi, bərabər imkanlar, onların cəmiyyətdə bərabər sosial vəziyyəti və təminatları üzrə həmkar üzvlər arasında məlumat xarakterli maarifləndirinci iş aparmaqdır.
AzVision.az

Qalereya




Teqlər: Gender   Tədbir  





Xəbər lenti