Növbəti üç gündə leysan olacaq

   Növbəti üç gündə leysan olacaq
  27 May 2024    Oxunub:797
Azərbaycanın rayonlarında mayın 28-29-30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti