Bakıda 4430 manatlıq bilet oğurlandı - Foto

Bakıda 4430 manatlıq bilet oğurlandı -    Foto
  28 May 2024    Oxunub:936
Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti