Polineziyalı siyasətçi: Azərbaycanın dəstəyinə ehtiyacımız var

     Polineziyalı siyasətçi:    Azərbaycanın dəstəyinə ehtiyacımız var
  30 May 2024    Oxunub:933
Hüquqi prosesin sonuna çatmışıq və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Biz inanırıq ki, müstəqil Azərbaycan bizim haqq səsimizi dünyaya çatdıracaq. Çünki siz bizim nə yaşadığımızı yaxşı anlayırsınız.
Bu fikirləri Azərbaycanda səfərdə olan Fransa Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.

O bildirib ki, Fransa deyilənlərə qulaq asmır və xalqların hüquqlarını pozur: “Fransız Polineziyası müstəmləkə olaraq təcrid olunub və bunun səbəbkarı ancaq Fransadır”, - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti