BƏƏ ANAMA-ya 5 milyon dollar yardım edib

   BƏƏ ANAMA-ya 5 milyon dollar yardım edib
  04 İyun 2024    Oxunub:818
Bölgəmizdə post-münaqişə dövründə köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması və yenidənqurma işlərində əsas təhdidlərdən biri olan ərazilərin minalanması problemi ilə mübarizə istiqamətində BƏƏ tərəfindən ANAMA-ya bu yaxınlarda 5 milyon ABŞ dollarında yardım göstərilib.
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyanla telefon danışığı zamanı deyib.

Nazir buna görə qarşı tərəfə təşəkkür edib. Göstərilən yardımın həmrəylik göstəricisi olduğu vurğulanıb.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər:





Xəbər lenti