17 yaşlı oğlan qətlə yetirildi - Saxlanılanlar var

   17 yaşlı oğlan qətlə yetirildi -    Saxlanılanlar var
  26 İyun 2024    Oxunub:664
Bakının Nəsimi rayonunda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər tutulub.
Bu haqda AzVision.az -a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti