BMT Ukraynada atəşkəsi alqışlayacaq

“Şübhəsiz ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki çoxlu insan həlak olub. Atəşkəs, şübhəsiz ki, müsbət haldır və ümid edirik ki, bu, reallaşacaq və ədalətli sülhə yol açacaq”, - o deyib.
Xatırladaq ki, martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıb. Danışıqların yekununda verilən birgə bəyanatda xüsusilə qeyd olunur ki, Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır. Bunun müqabilində ABŞ
Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini dərhal bərpa edəcəyinə söz verib.
AzVision.az
Teqlər: