Hesabat I 23 kütləvi məzarlıq aşkarlanıb

"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb".
Bundan başqa Birinci Qarabağ mübaribəsində şəhid olmuş və şəxsiyyəti müəyyənləşdirilmədən dəfn olunan 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib. 2025- ci il martın 1-nə olan məlumata əsasən 165 nəfərin şəxsiyyəti dəqiqləşdirilib və ailələrinə təhvil verilib.
Bildirilib ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüquq normalarını pozub: " Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib, məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və edam olunub ".
Eyni zamanda vurğulanıb ki, insanlar kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib: "Bu kimi ağır cinayətlərin törədildiyi nəzarə alınmaqla bundan sonra da bu cür məzarlıqların sayının artması gözlənilir".
AzVision.az
Teqlər: