BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir
  08 Mart 2025    Oxunub:863
BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib.
AzVision.az xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd olunub ki, BƏƏ bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin qorunub saxlanmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti