Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib- FOTOLAR

   Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib-   FOTOLAR
  08 Mart 2025    Oxunub:906
Böyük Qayıdışın ünvanlarından olan Cəbrayıl şəhərində də həyat öz axarına qayıdıb, doğma sakinlərinə qucaq açan şəhər əsl sakinlərinin sevgisi ilə əhatə olunub. Günü-gündən gözəlləşən şəhərdə sakinlər ətraf mühitin qorunması və təmizliyin saxlanılması üçün öz zəhmətlərini əsirgəmirlər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib. Yazın gəlişi ilə əlaqədar "Çinar" kəhrizinin ətrafında və yaşayış binalarının ərazisində aparılan təmizlik işləri zamanı ağaclar budanıb, tullantılar toplanıb, digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyada ərazidə fəaliyyət göstərən yerli qurumların əməkdaşları ilə bərabər, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim və şagird heyəti də iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti