DYP-dən çağırış I Dumanlı havada qəza riski artır!

“Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!
Qəfil manevrlərdən çəkinin!
İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!
Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!
Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar.
Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”.
AzVision.az
Teqlər: