DYP-dən əhaliyə müraciət
Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlərin effektivliyinin artırılması məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində təhlükəsizlik aylığının keçirilməsinə başlanılıb.
“Diqqət, uşaqlar!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlərin gücləndirilməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, çatışmazlıqların aradan qaldırılması, xüsusilə maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli işlərin görülməsi nəzərdə tutulur".
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ərəfəsində bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, bununla yanaşı yollarda uşaq travmatizminin minimuma endirilməsində əhalini, xüsusilə qeyri-hökumət təşkilatlarını, media subyektlərini birgə iştirakçılığa çağırır.
AzVision.az
Teqlər: