Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Sənədlər 10 oktyabr 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki və Bakı-Bərdə istiqamətlərində 4 Lot üzrə oktyabrın 22-də;
Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan və Bakı-Ağdaş istiqamətlərində 5 Lot üzrə oktyabrın 25-də;
Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu və Bakı-İmişli istiqamətlərində 5 Lot üzrə oktyabrın 29-da;
Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuz istiqamətlərində 3 Lot üzrə noyabrın 1-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
AzVision.az
Teqlər: