Sünnət əməliyyatı tibbi sığorta hesabına aparılacaq

   Sünnət əməliyyatı tibbi sığorta hesabına aparılacaq
  12 Sentyabr 2024    Oxunub:590
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.
AzVision.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeyd edilib ki, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti