AzVision.az xəbər verir ki, İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olduğunu vətəndaşlara bildirməklə, 2024-cü ilin iyun ayında müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasına əsaslı şübhələr əldə edilib.
Bakı şəhərində yerləşən "Kamandar Nəsibov və Partnyorları" vəkil bürosunun vəkili Babək Rzayevin qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
AzVision.az