Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib

Qarabağa köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  05 Oktyabr 2024    Oxunub:421
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə keçirilən görüşdə deyib. Söhbət zamanı Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub. Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin təşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti