Tələbələr artıq iş axtaran kimi yox, iş yeri yaradan kimi yetişdirilir - Təhsil naziri

   Tələbələr artıq iş axtaran kimi yox, iş yeri yaradan kimi yetişdirilir -  Təhsil naziri
  08 Oktyabr 2024    Oxunub:1100
"İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, SOCAR-la birgə həyata keçirilən "Sabah" təşəbbüsü sayəsində tələbələr artıq iş axtaran kimi yox, iş yeri yaradan insanlar kimi yetişdirilir".

AzVision.az
xəbər verir ki, bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, artıq tələbələr özləri 300-ə yaxın startap yaradıblar. Artıq 3000 minə yaxın insan "sabah" çətiri altında müxtəlif şirkətlərlə əməkdaşlığa qoşulub.

Ümumilikdə bu startaplar təxminən 8.5 milyon manat dəyərində kənar sərmayə cəlb edə bilib.

"Bu hələ başlanğıcdır. Gələcəkdə bu istiqamətdə işlər davam etdiriləcək. Yaxın gələcəkdə tamamilə fərqli mühit görəcəyik",- nazir deyib.

Məhəmmədəli Həsənli
AzVision.az



Teqlər:





Xəbər lenti