Şahdağa qar yağıb

Şahdağa qar yağıb
  09 Oktyabr 2024    Oxunub:726
Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən 8-i günün ikinci yarısından Azərbaycanda hava şəraiti dəyişib.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib. Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub.

Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti