Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
Vətən müharibəsində qazanılan tarixi Zəfərdə gənclərimizin rolunun böyük olduğu və onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişdiyi böyük məmnunluq hissi ilə qeyd olunub. Böyük Qayıdış mərhələsində də gənclərimizin üzərinə mühüm vəzifələr düşdüyü, işğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında və müasir yaşayış məkanına çevrilməsində onların fəal iştirakının vacibliyi diqqətə çatdırılıb.
Bir müddət öncə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi infoturun iştirakçısı olmuş tələbələr bu maraqlı səfər barədə təəssüratlarını bölüşüb, ali təhsil dövründə qarşılarına qoyduqları məqsədlər barədə danışıblar.
Onlar doğma yurd yerlərimizdə aparılan bərpa-quruculuq işlərinin şahidi olduqlarını, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin, o cümlədən qəhrəman şəhidlərimizin və qazilərimizin qanı bahasına işğaldan qurtarılmış torpaqlarımızın inkişafına sərf edəcəklərini bildiriblər.
Tələbələr dövlətimizin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər, yaradılan imkanlara görə ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər. Dövlət Komitəsinin sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
AzVision.az
Teqlər: