Deputatlarımız Özbəkistanda keçiriləcək seçkiləri müşahidə edəcəklər

Deputatlarımız Özbəkistanda keçiriləcək seçkiləri müşahidə edəcəklər
  22 Oktyabr 2024    Oxunub:399
Milli Məclisin bir qrup deputatı Özbəkistan Respublikasında oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Düşənbə şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaqlar. Onlar bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 29-da başa çatacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti