Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
  23 Oktyabr 2024    Oxunub:302
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti