Bakı Təşəbbüs Qrupu maarifləndirici kitabça nəşr etdirib

Bakı Təşəbbüs Qrupu maarifləndirici kitabça nəşr etdirib
  24 Oktyabr 2024    Oxunub:865
Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkəçilik və neo-kolonializmə qarşı beynəlxalq hüquqi mexanizmlər” adlı maarifləndirici kitabça çapdan çıxıb. Kitabçada bir çox beynəlxalq təşkilatların konvensiyalarının müvafiq maddələri öz əksini tapıb.
AzVision.az xəbər verir ki, müstəmləkəçilik və yeni kolonializm siyasətindən əziyyət çəkən xalqların maarifləndirilməsi məqsədilə nəşr edilmiş kitabça BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransın iştirakçılarına təqdim olunub.

Kitabçanın çap olunması müstəmləkəçilikdən əziyyət çəkən xalqları öz hüquqlarını tanımaqla bağlı maarifləndirmək məqsədi daşıyır. Kitabçada beynəlxalq təşkilatların müstəmləkəçilik və neo-kolonializmlə bağlı konvensiyalarının müvafiq maddələri, bəyanatlar, xalqların hüquqları, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş bəyanat, müstəmləkəçiliyin tamamilə ləğvinə dair beynəlxalq təşkilatlarda qəbul olunmuş sənədlər və qərarlar yer alıb.

AzVision.az




Teqlər: BTQ   kitabça   maarifləndirmə  





Xəbər lenti