Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlığı genişləndirir
Yerüstü stansiyada quraşdırılan müasir anten sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirmək üçün geniş imkanlar təqdim edir. Azərkosmosun çoxfunksiyalı teleportu Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə – VNO (Virtual şəbəkə operatoru), VSAT (kiçikölçülü anten terminalı), data, rabitə xidmətləri və həlləri təqdim edir. Bakı teleportunun yerləşdiyi coğrafi məkan həm əməliyyat, həm də kommersiya baxımından yeni və daimi müştərilər üçün əlverişlidir. Teleport tələb olunan standartlara uyğun dayanıqlıdır.
Qeyd edək ki, bu anten sistemi “Leaf Space” şirkətinin ölkəmizdə investisiya etdiyi sayca ikinci uğurlu infrastruktur layihəsidir. Xatırladaq ki, 2022-ci ildə şirkət Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu yerüstü anten quraşdırmışdı. Quraşdırılan hər iki anten “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradır.
AzVision.az
Teqlər: