"Regionlarda müəyyən ixtisaslar üzrə həkim çatışmazlığı var"

"Regionlarda müəyyən ixtisaslar üzrə həkim çatışmazlığı var"
  25 Oktyabr 2024    Oxunub:655
"Çatışmazlıq əsasən revmotologiya və anesteziologiya üzrə kadrlarda hiss olunur".
AzVision.az xəbər verir ki, bu sözləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) təşkil olunmuş mediatur zamanı deyib.

"Həmin bölgələrə digər yerlərdən həkimlərin cəlb olunmaları ilə bu problem aradan qaldırılır. Bu istiqamətdə müvafiq proqramlar da həyata keçirilir", - o bildirib.

Direktor həmçinin yeni açılmış xəstəxananın bütün lazımi cihazlarla təchiz olunduğunu vurğulayıb:

"Həmin cihazlara müvafiq dövlərdə texniki qulluq göstərilir. Çatışmayan cihazlar daxili imkanlarımız hesabına, yaxud TƏBİB-in İnnovasiya İdarəsi tərəfindən təmin olunur. Xəstəxana 165 çarpayıdan ibarətdir. Bir çarpayılı və iki çarpayılı palatalar mövcuddur. Eyni zamanda, girişi və çıxışı ayrı olan infeksion şöbə də fəaliyyət göstərir. Xəstəxananın bütün şöbələri mərkəzləşdirilmiş oksigen sistemi ilə təmin olunub".

Səbinə Həsənova
AzVision.az


Teqlər: TƏBİB   Qəbələ   mediatur  





Xəbər lenti