Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə mediatur təşkil edilib

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə mediatur təşkil edilib
  25 Oktyabr 2024    Oxunub:572
Oktyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində media nümayəndələri, hərbi ekspert və blogerlər üçün mediatur təşkil edilib.
DSX-dən verilən məlumata görə, tədbirə qatılan qonaqlar əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə güllər düzüblər.

Daha sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi tərəfindən konfrans zalında sahil mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də suveren ərazi sularımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verilmiş, komandanlığın nailiyyətlərini əks etdirən filmə baxılıb.

Sinif otaqlarında tədris prosesi ilə tanış olan qonaqlar Sahil Mühafizəsinin tarixindən bəhs edən muzeyi, Heydər Əliyev adına İdeoloji Mərkəzi və Baş Komanda İdarəetmə Mərkəzini ziyarət ediblər.

Mediaturun davamında sərhəd gəmiləri ilə dənizə çıxılıb, üzmə vasitələrinin manevr qabiliyyəti müşahidə edildikdən sonra “Şahdəniz” yatağına vizual baxış imkanı yaradılıb.

Bu mediatur qonaqlara Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin fəaliyyətinin müxtəlif aspektlərini əyani şəkildə göstərərək Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi ilə bağlı aparılan əməliyyatları daha yaxından tanıma imkanı verib.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti