"ABŞ-nin insan haqları məsələlərini istifadə və təhrif etmək hüququ yoxdur" - XİN
O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.
"Eyni zamanda, ABŞ-də olduğu kimi cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər", - Ayxan Hacızadə qeyd edib.
A.Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına alır.
Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi hazırda istintaq altında olan Qubad İbadoğlu ilə görüşüb və görüş barədə səfirlik "X" hesabında məlumat yayıb.
AzVision.az
Teqlər: