Ötən ay 28 aptekdə yoxlama aparılıb

Ötən ay 28 aptekdə yoxlama aparılıb
  06 Noyabr 2024    Oxunub:1134
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb.
Bu barədə AzVision.az -a Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti