Dini Qurumların kollegiyasının tərkibi dəyişib

Dini Qurumların kollegiyasının tərkibi dəyişib
  05 Noyabr 2024    Oxunub:794
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru.

Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət olub.

AzVision.az



Teqlər:





Xəbər lenti