Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb

Azərbaycanın Baş naziri KAICIID-in Baş katibi ilə görüşüb
  06 Noyabr 2024    Oxunub:521
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini liderlərin qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi bildirilib.

Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti