Ombudsman və UNICEF maarifləndirici vəsait hazırladı

Ombudsman və UNICEF maarifləndirici vəsait hazırladı
  07 Noyabr 2024    Oxunub:624
Ombudsman və UNICEF tərəfindən “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) genişmiqyaslı fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və təbliği mühüm yer tutur.

Ombudsmanın mətbuat xidmətindən verilən məumata grə, uşaq hüquqlarının təbliği sahəsində fəaliyyətin davamı olaraq, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb.

Vəsaitdə “Uşaq hüquqları haqqında” Konvensiyada təsbit olunmuş maddələr uşaqlar üçün anlaşılan dildə təqdim edilib. Nəşr barədə keçidə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti