Paytaxtda zəncirvari qəzada yaralananların vəziyyəti açıqlanıb

Paytaxtda zəncirvari qəzada yaralananların vəziyyəti açıqlanıb
  09 Noyabr 2024    Oxunub:725
Bakıda iki gün əvvəl zəncirvari qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.

TƏBİB-dən AzVision.az -a verilən məlumataə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.11.2024-cü il tarixində saat 11:00 radələrində Xəzər rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub, 4 nəfər (kişi cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

1993-cü il və 1979-cu il təvəllüdlü hər iki şəxsə qapalı kəllə-beyin travması, 1979-cu il təvəllüdlü şəxsə bol-oma nayihəsinin qapalı travması, 1966-cı il təvəllüdlü şəxsə isə bel-omanın əziyi diaqnozları ilə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə özəl tibb müəssisəsinə təxliyə olunublar.

Bildirilib ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

AzVision.az


Teqlər: hadisə   qəza   TƏBİB  





Xəbər lenti