Xəzərdə zəlzələ olub

   Xəzərdə zəlzələ olub
  13 Noyabr 2024    Oxunub:532
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti