“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

   “Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb
  17 Noyabr 2024    Oxunub:265
Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu “əş-Şarq əl-Avsat” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışından yazıb.
AzVision.az Azərtac-a xəbər verir ki, qəzet Azərbaycan Prezidentinin ölkələrin təbii sərvətlərə malik olduğuna və tələbatı ödəmək üçün onları bazarlara çıxarmasına görə suçlanmasının yolverilməzliyi barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Sitatda dünya ictimaiyyətini bu məsələlərdə realist olmağa çağıran Prezident İlham Əliyevin Azərbaycanın COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olduğunu və bunu davam etdirdiyini bildirdiyi də diqqətə çatdırılır.

Səudiyyə nəşri Azərbaycan liderinin çıxışında planetin qlobal istiləşməsindən mühazirə deməyə çalışan, amma əslində Azərbaycan qazının tədarükünü daha da artırmağa can atan bir sıra qərb ölkələrinin ikiüzlülüyü ilə bağlı fikirlərindən sitat gətirərək yazır: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

AzVision.az



Teqlər:





Xəbər lenti