COP29 | Azərbaycan turizm imkanlarını COP29-da nümayiş etdirir |
"Nəzərə alsaq ki, tədbir boyunca Azərbaycanın mədəniyyəti, tarixi, görməli yerləri qonaqlara nümayiş etdirilir, bu da gələcəkdə ölkəmizə olan marağın artmasına xidmət edəcək.
Bu da son deyil. COP29 tədbirini onlarla xarici KİV işıqlandırır. Nəticədə ölkəmiz barədə yüzminlərlə bəlkə də milyonlarla insan məlumat alır, onlarda vətənimizə maraq yaranır.
Onu da əlavə edim ki, dövrümüzdə hər hansı ölkə turizminin tanıdılmasında sosial şəbəkələr böyük rol oynayır. Beləcə, COP29-da iştirak edən 70 mindən çox xarici vətəndaş etdikləri paylaşımlarla əslində hər biri Azərbaycanın təbliğatçısına çevrilir.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq deyə bilərəm ki, COP29 tədbirinin Azərbaycan turizminə və onun gələcəyinə əvəzsiz təsirləri olacaqdır".
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə ölkəmizdə baş tutur.
Həmidə İbrahimova
AzVision.az