Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir
![Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir](https://azvision.az/photos/2024/11/herbici-1732127747.jpg)
Qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: