AT: “Rusiyanın valyuta ehtiyatlarının müsadirəsi ABŞ-yə zərbə vurub

      AT:    “Rusiyanın valyuta ehtiyatlarının müsadirəsi ABŞ-yə zərbə vurub
  12 Yanvar 2025    Oxunub:343
Rusiyanın dondurulmuş aktivlərini müsadirə edilməsi Moskvadan çox Vaşinqtonun özünə ziyan verib.
AzVision.az xəbər verir ki, iqtisadçı-ekspert Devid Qoldmanın Ekspert Devid Qoldmanın “Asia Times (AT)” qəzetində dərc olunan məqaləsində xarici ölkələrin mərkəzi banklarının ABŞ dövlət borcuna investisiyalarını azaltdıqları vurğulanır.

“2022-ci ildə Rusiyanın valyuta ehtiyatlarının dondurulması mərkəzi bankların dollar aktivlərindən imtina etməsinə səbəb oldu. Ehtiyatların müsadirəsi, çox güman ki, ABŞ iqtisadiyyatına Rusiyadan daha çox zərər vurur”, - materialda deyilir.

Moskvanın Ukraynaya müdaxiləsindən sonra Vaşinqtonun və müttəfiqlərinin Rusiyanın valyuta ehtiyatlarının 300 milyard dollarını dondurması fonunda Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaqla xarici mərkəzi banklar valyuta ehtiyatlarını qızıla çevirməyə və ABŞ xəzinədarlıqdan çıxarmağa başladılar.

- Fərq ondadır ki, xəzinədarlığın qiymətli kağızları Rusiya nümunəsində olduğu kimi ABŞ hökuməti tərəfindən müsadirə edilə bilər, amma mərkəzi bankın anbarında saxlanılan qızıla münasibətdə bu addım atıla bilməz”, - Devid Qoldman bildirib.

Nəşrin iddiasına görə, Rusiyaya qarşı digər sanksiyalar kimi, Vaşinqtonun Rusiya ehtiyatını ələ keçirməsi də əks effekt verib. Çünki bu addım ABŞ dolları ehtiyat sisteminin əsas aktivinə, ABŞ Xəzinədarlığının borc öhdəliklərinə olan inamı məhv edib. Həm də bu, xəzinədarlığın yeni borclar götürmək ehtiyacının artması fonunda baş verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qoldman   ABŞ   Rusiya  





Xəbər lenti