Rusiyada Elman Paşayevə qarşı yeni cinayət işi açılıb

Rusiyada Elman Paşayevə qarşı yeni cinayət işi açılıb
  13 Yanvar 2025    Oxunub:544
Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı yeni cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Elman Paşayev yeni cinayət işinin açıldığı barədə məlumat aldığını, lakin təfərrüatlardan xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, E. Paşayev bir müddət əvvəl xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək həbs olunub.

İstintaq Komitəsinin məlumatına görə, o, Blinovski cütlüyünü böyük məbləğ qarşılığında cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.


Teqlər:





Xəbər lenti