Saar: "HƏMAS-la danışıqlarda irəliləyiş var"

      Saar:    "HƏMAS-la danışıqlarda irəliləyiş var"
  13 Yanvar 2025    Oxunub:468
"İsrail əsir mübadiləsi arzusundadır. Qarşı tərəfin (Fələstinin HƏMAS terror təşkilatı - red.) də eyni şeyi istəyib-istəmədiyini tezliklə biləcəyik".
Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında dilə gətirib. O bu ölkəyə səfərə getmiş danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə birgə jurnalistlərə açıqlamasında vurğulayıb ki, HƏMAS-la danışıqlar üzrə ABŞ-nin həm hazırkı Co Bayden administrasiyası, həm də yeni Donald Tramp hökluməti ilə əməkdaşlıq aparılır.

"Danışıqlar nəticəsində müəyyən nəticəyə gəlmişik. Hazırda HƏMAS-ın cavabını gözləyirik. Hazırda əlavə məlumat vermək istəmirəm, çünki başa düşürəm ki, əsirlərin ailələri hər sözə, hər cümləyə həssaslıqla yanaşırlar", - o deyib.
Smotriç: "HƏMAS-la razılıq milli təhlükəsizliyə zərbədir"

İsraildə HƏMAS terrorçuları ilə razılığı müsbət qarşılayan hökumət nümayəndələri ilə yanaşı belə bir razılığı ölkənin təhlükəsizliyinə zərbə kimi qiymətləndirənlər də var. Məsələn, ifrat sağçı qanada malik maliyyə naziri, Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç "razılaşma həyata keçiriləcəyi təqdirdə hökumətdən istefa verəcəyinə eyham vurub".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   əsir-mübadiləsi  





Xəbər lenti