İki məktəblinin ölümü ilə bağlı cinayət işi açıldı

İki məktəblinin ölümü ilə bağlı cinayət işi açıldı
  18 Yanvar 2025    Oxunub:349
İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözgedən hadisə barədə İmişli Rayon Prokurorluğuna məlumat daxil olub. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti