Bakıda bəzi yollarda işıqforlar işləmir

   Bakıda bəzi yollarda işıqforlar işləmir
  24 Yanvar 2025    Oxunub:332
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Gənclik" və "28 may" metrostansiyaları ətrafında bəzi yollarda işıqforların işləməməsinin səbəbinə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:

"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".

AzVision.az


Teqlər:





Xəbər lenti