Azərbaycan Prezidenti Conatan Misneri qəbul edib -YENİLƏNİB

   Azərbaycan Prezidenti Conatan Misneri qəbul edib  -YENİLƏNİB
  27 Yanvar 2025    Oxunub:767
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
AzVision.azxəbər verir ki, dövlət başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Azərbaycana səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını dedilər.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd etdilər.

Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəyə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

12:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvü Conatan Misneri qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
AzVision.az

Qalereya




Teqlər: İsrail  





Xəbər lenti