Ağcabədidə xəsarət alanların son durumu açıqlanıb

   Ağcabədidə xəsarət alanların son durumu açıqlanıb
  31 Yanvar 2025    Oxunub:276
Bu gün saat 11:30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

Qeyd olunub ki, xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti