Kallas: "ABŞ və Avropanın bir-birinə ehtiyacı var"

      Kallas:    "ABŞ və Avropanın bir-birinə ehtiyacı var"
  03 Fevral 2025    Oxunub:434
"Baş verənləri diqqətlə izləyir və əlbəttə, öz tərəfimizdən hazırlıq aparırıq. Hər halda, bilmək lazımdır ki, ticarət müharibələrində qalib tərəf yoxdur".
Bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirak məqsədilə Brüsselə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında dilə gətirib. O, ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına əlavə rüsum tətbiqi qərarına münasibət bildirib.

"ABŞ ticarət müharibəsinə başlayarsa, şübhəsiz ki, bu müharibədən yalnız Çin qalib çıxacaq. Biz (ABŞ və Avropa - red.) bir-birimizə çox bağlıyıq. ABŞ-nin bizə, bizim də ABŞ-yə ehtiyacımız var. Artan tariflər xərcləri artıracaq. Bu həm ölkələrin iqtisadiyatı üçün, həm də müştərilər üçün yaxşı hal deyil", - xanım diplomat söyləyib.
Tramp “tarif müharibələri”nə başladı

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal məhsullarına əlavə rüsum tətbiqi barədə ötən gün üç sərəncam imzalayıb. Sərəncamlara əsasən, Kanada və Meksika məhsullarına 25%, Çin məhsullarına isə 10% gömrük tarifləri qoyulacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:     ABŞ   tarif-müharibəsi  





Xəbər lenti