Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanıldı – VİDEO

Naməlum şəxsin həmin mağazada çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat verilib.
Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az