Erməni generaldan etiraf I "Daşnak" taborunda Ermənistan vətəndaşları da var idi

      Erməni generaldan etiraf I    "Daşnak" taborunda Ermənistan vətəndaşları da var idi
  13 Mart 2025    Oxunub:470
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.
a href=https://azvision.az> AzVision.az xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib. “Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, - deyə o əlavə edib.


AzVision.az




Teqlər:





Xəbər lenti