Putin Ukraynada atəşkəs əmri verdi

   Putin Ukraynada atəşkəs əmri verdi
  28 Aprel 2025    Oxunub:388
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Ukraynada hərbi əməliyyatların may ayında üç gün müddətinə dayandırılması ilə əlaqədar əmr verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ukraynada atəşkəs rejimi 8, 9 və 10 may günlərində qüvvəyə qalacaq.

"Rəsmi Moskva belə qənaətdədir ki, Kiyev bu addımdan nümunə götürməlidir. Ukrayna atəşkəs rejimini pozarsa, Rusiya Silahlı Qüvvələri adekvat və təsirli cavab verəcək", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə   atəşkəs  





Xəbər lenti