Ukrayna Rusiya ilə görüşə hazırdır- Zelenski şərtini açıqladı

Ukrayna Rusiya ilə görüşə hazırdır- Zelenski şərtini açıqladı
  11 May 2025    Oxunub:728
"Rusiya və Ukrayna arasında danışıqlara başlamaq üçün ilk növbədə atəşkəs olmalıdır".
Bunu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” səhifəsində yazıb.

Ukrayana Prezidenti qeyd edib ki, "rusiyalılar nəhayət ki, müharibənin başa çatması barədə düşünməyə başlayıblar: “Bu yaxşı əlamətdir. Dünya bunu çoxdan gözləyir. Müharibəni bitirmək üçün hər şeydən əvvəl atəşkəs olmalıdır. Atəşi hətta mayın 12-dən dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Rusiyanın sabahdan atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcəyini gözləyirik. Ukrayna Rusiya ilə görüşə hazırdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib .

AzVision.az


Teqlər:





Xəbər lenti