Nalbandyan Əliyevlə Sarkisyanın görüşündən danışdı

“Lakin münaqişənin nizamlanması üzrə baza prinsipləri haqqında yekun qərara verilməyib. Ona görə də böyük sülh planı məsələsi prezidentlərin görüşündə müzakirə edilməyib”.
Nazir həmçinin vurğulayıb ki, prezidentlərin Paris görüşü, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə və ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Nyuportda keçirilən görüşlərin davam idi.
“Bu görüşlərin ardıcıllığı beynəlxalq arenada yaşanan bir sıra çətinliklərə baxmayaraq, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə ən ideal format olduğunu göstərir. Həmsədrlər üçlüyü münaqişənin nizamlanması üzrə səylərini davam etdirir. Bu faktı həmsədrlərin prezidentlərin görüşündə iştirak etməsi də sübut edir.
`Soçi və Paris görüşləri arasında zaman kəsiyində əhval-ruhiyyə dəyişibmi` sualına Nalbandyan belə cavab verib: “Hesab edirəm ki, danışıqlar pozitiv məcrada baş tutub. Prezidentlər səviyyəsində ATƏT-in Minsk qrupunun üç həmsədr formatının effektiv format olması təsdiqlənib. Prezidentlər münaqişənin həlli yolunda danışıqlar prosesinin alternativinin olmadığını və regionda sülhün bərqərar olması və xalqların birlikdə yaşamasının vacibliyini vurğulayıblar.
Eldar Tanrıverdiyev
AzVision.az