Siyavuş Novruzovdan şeyxin qudasına cavab

“Biz Yeni Azərbaycan Partiyası olaraq namizədlərimizi müəyyən edirik və onların seçkilərə namizədliklərini irəli sürürük. Amma bu o demək deyil ki, onların hamısı seçiləcək. Kimin nüfuzu çoxdu, kimə seçicilər tərəfindən dəstək olunacaqsa, həmin şəxs seçiləcək. Bəzən çoxusu bu məsələni qarışdırır. İstənilən siyasi partiya bütün bələdiyyələrə namizəd irəli sürmək hüququna malikdir. O baxımdan namizədlər əvvəlcədən müəyyən olunur. Onlar müzakirə olunur və ondan sonra namizədlikləri irəli sürülür. Elə adamlar var ki, fərdi qaydada öz namizədlərini müəyyənləşdirir. Təbii ki, onların arasından seçilənlər olacaq. Həmin şəxslərin təbliğat və təşviqatını aparacağıq”.
Anar Kəlbiyev